MTRŞ sədr seçdi

MTRŞ sədr seçdi
16:36 28 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan ANS PRESS-ə verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. ANS PRESS-in məlumatına görə, bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla N. Məhərrəmov 6 il müddətinə Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR