UEFA Azərbaycan Premyer Liqasının ən yaxşı əcnəbi futbolçularının adını açıqladı

UEFA Azərbaycan Premyer Liqasının ən yaxşı əcnəbi futbolçularının adını açıqladı
14:13 27 Dekabr 2014
147 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının yekunları ilə bağlı yazı hazırlayıb.

Trend-in qitənin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, yazıda milli çempionatın ən yaxşı 7 əcnəbi futbolçusunun adı açıqlanıb.

Siyahıya Leroy Corc, Muarem Muarem (hər ikisi "Qarabağ"), Aleksandr Amisulaşvili, Derlis Meza Kolli (hər ikisi "İnter"), Karlos Kardoso ("Neftçi"), Adrian Skarlatake ("Xəzər Lənkəran"), Draqan Çeran ("Simurq") yer alıb. Yazıda bu futbolçuların üstün keyfiyyətlərindən bəhs olunub.

Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael Dos Santos ("Qəbələ"), Viktor İqbekoyi (AZAL) və Georgios Pelagiosun ("Bakı") da ən yaxşı əcnəbi futbolçular sırasında yer aldığı qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR