Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının sentyabrın 10-da Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas çərçivəsində E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.