Bakı, 9 sentyabr, İbrahim Əsədov, AZƏRTAC
Ötən il Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsi, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu “Tomson Reuters” və “Scopus” tərəfindən indekslənən impakt faktorlu jurnallarda 22 məqalə çap etdirib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, həmin məqalələrdən bir “A”, beşi “B”, 16-sı isə “C” kateqoriyalı jurnallarda dərc olunub.