BMT Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qətnaməyə əsasən, BMT-nin mənzil-qərargahında və ofislərində müşahidəçi statusuna malik olan, lakin təşkilatın üzvü olmayan ölkələrin də bayraqlarının qaldırılması nəzərdə tutulur. Sənəddə yer alan müddəaya əsasən, qeyd olunan ölkələrin bayraqları BMT-yə üzv olan ölkələrdən sonra qaldırılmalıdır.

Qeyd edək ki, BMT-də müşahidəçi statusuna Fələstin və Vatikan malikdir.

Milli.Az