Bakı, 11 sentyabr, AZƏRTAC
Xəzər Universitetində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçiriləcək ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihəsi çərçivəsində sentyabrın 7-dən başlayaraq müsabiqə və “dəyirmi masa”lar təşkil olunur.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, 10 günlük təlim kurslarında iştirak etmək istəyən müəllif, ekspert və potensial müəlliflərlə keçirilən müsabiqə və “dəyirmi masa”ların məqsədi təlimin səmərəliliyini artırmaq üçün ehtiyacların öyrənilməsi ilə yanaşı, kursdan gözləntilərin müəyyənləşdirilməsidir.