Biləsuvar, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Fondun həyata keçirdiyi humanitar layihələrdən, balacaların hərtərəfli inkişafına dövlət qayğısından ətraflı bəhs olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Biləsuvarda iki yeni uşaq bağçası tikilib. Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində təməli ötən ilin mart ayında qoyulmuş 100 yerlik ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Bağçada dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun öz məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isistmə və soyutma sisteminə malikdir, lazımi avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb və burada hər şey balacaların zövqünü oxşayacaq tərzdə qurulub.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri, balacaları tərik edib, yeni binanın onlara böyük hədiyyə olduğunu söyləyib. Dövlətin gənc nəslə xüsusi önəm verməsindən danışan icra hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən mühüm layihələr barədə məlumat verib. Qeyd olunub ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə 200 yerlik bağça kompleksi inşa edilib. Ən müasir tələblərə uyğun ikimərtəbəli bina 40 otaqdan ibarətdir. Son iki ildə rayonun Zəhmətabad kəndində 40, Biləsuvar şəhərində isə 50 yerlik uşaq bağçalarının binaları yenilənib,125 yerlik körpələr evi əsaslı şəkildə yenidən qurulub.
Sakinlər gələcəyimizə göstərilən böyük qayğıya görə minnətdarlıq ediblər.
Sonda mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Biləsuvarda 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib
Biləsuvarda 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib
Biləsuvarda 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib
Biləsuvarda 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib
Biləsuvarda 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib