Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası “Gənc tədqiqatçı” jurnalının növbəti nömrəsi üçün məqalə qəbulu elan edib.
Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-dək akademiyanın institut və təşkilatlarında, eləcə də respublikamızın digər elmi, təhsil müəssisələrində çalışan və yaşı qırxa qədər olan gənc alim, elmi işçi, doktorant, magistr, bakalavr tələbələr öz məqalələrini təqdim edə bilərlər. Məqalələr aparılan elmi tədqiqatın ən mühüm elmi nəticə və nailiyyətlərini özündə əks etdirməli və heç bir yerdə dərc edilməmiş olmalıdır.
Yazılar Azərbaycan, rus, ingilis dillərində qəbul olunur və həcmi cədvəllər, şəkillər, ədəbiyyat siyahısı, xülasələr daxil olmaqla on səhifədən artıq olmamalıdır.
Məqalələr Azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər əlavə olunmaqla iki variantda təqdim edilməlidir: Microsoft Word proqramında A4 formatlı kağızda yığılmış, printerdə açılmış mətn və kompakt diskdə.
Maraqlananlar Azərbaycan Milli Elmlər Akademiyası, H.Cavid, 131,Tel.: 0125392579, E-mail: genctedqiqatchi@gmail.com ünvanına müraciət edə bilərlər.