Bakı, 29 yanvar, AzərTAc
Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, Maştağa qəsəbəsi ərazisində qaz kəmərlərinin üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar yanvarın 29-dan saat 10:00-18:00 dək qəsəbənin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.