[ 29 Yanvar 2015 11:59 ]


Jozef Debono Qrexi polşalı deputat əvəzləyib

Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycanla bağlı qərar qəbul olunub.

APA-nın Avropa müxbiri xəbər verir ki, toplantıda polşalı parlamentar Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.

Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib.

Jozef Debono Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb.