[ 15 Sentyabr 2015 16:14 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Neftin ucuzlaşması heç bir sosial layihələrin təxirə salınmasına təsir etməyəcək".
"APA-Economics"in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransı zamani bildirib.
"Neftin qiymətinin enməsi sosial layihənin təxirə salınmasına səbəb olmayıb. Əksinə, bu cür layihələrin sayı artırılacaq", - deyə S. Müslümov qeyd edib.