Bakı, 15 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Yekaterinburq şəhərində sentyabrın 30-da VI Rusiya-Azərbaycan Regionlararası Forumu və həmin forum çərçivəsində oktyabrın 1-də I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, VI Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər. Forumda Azərbaycan nümayəndə heyəti iştirak edəcək.