Bakı, 15 sentyabr, AZƏRTAC
Məlumat verildiyi kimi, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna cari ilin sentyabrın 1-dən başlanılıb və hazırda sənəd qəbulu davam edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, arzu edən şəxslər sənədlərini iş günləri saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) təqdim edə bilərlər.
Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.