C qrupunda "Benfika" "Astana"nı qəbul edib.
Metbuat.az xəbər verir ki, Qazaxıstan klubunun Çempionlar Liqası macərası məğlubiyyətlə başlayıb. İlk hissədə hesab açılmasa da, "Benfika" ikinci 45 dəqiqəyə sürətli hücumlarla başlayıblar. Qaytan və Mitroqlunun qolları Portuqaliya təmsilçisinə 3 xal qazandırıb.
Çempionlar Liqası
C qrupu
"Benfika" - "Astana" - 2:0
Qollar: Qaytan, 51, Mitroqlu, 62
Oyunun videoicmalını təqdim edirik: