Bakı, 16 sentyabr, AZƏRTAC
Venesuela prezidenti Nikolas Maduronun fikrincə, neftin bir barrelinin məqbul sayılan minimal qiyməti 70 dollardan aşağı olmamalıdır.
Nikolas Maduro hesab edir ki, neftin qiymətinin aşağı olması heç kəsə xeyir gətirmir. Onun sözlərinə görə, indiki qiymət – bir barrel üçün 40 dollar, gələcəkdə neft sektoruna sərmayə qoyulmasına təminat verilməsi üçün adekvat variant deyil