Bakı, 16 sentyabr, AZƏRTAC
Bakıda fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin sentyabrın 28-də rəsmi açılış mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmiləri və turizm ictimaiyyəti iştirak edəcək.