Bakı, 17 sentyabr, AZƏRTAC
"iOS 9" əməliyyat sisteminin yeni versiyası "iPhone", "iPad" və "iPod touch" istifadəçiləri üçün əlçatan olub.
AZƏRTAC "lenta.ru" saytına istinadən xəbər verir ki, "iOS 9" sistemində informasiyanı bir proqramdan başqasına köçürməyə imkan verən çoxpəncərəli funksiya istifadəyə verilib. Məsələn, digər bir yeni funksiya internetdə işləyərək məktub tərtib etməklə yanaşı, video izləməyə imkan verir. "Siri" səs assistenti "Twitter" və "Facebook"la inteqrasiya edilib. "iOS 9" mobil əməliyyat sistemi "iPhone 4s" və yuxarı modellər, "iPad 2", yığcam "iPad mini" və həmçinin 5-ci və 6-cı nəsil "iPod touch" pleyerlərini dəstəkləyir. Əməliyyat sisteminin yeni versiyası "Apple" şirkətinin müvafiq qurğuları üçün ödənişsizdir və onu yükləmək üçün qurğuda 1,3 geqabayt boş daxili yaddaş lazımdır.