"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin səlahiyyəti azaldı

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin səlahiyyəti azaldı
15:17 29 Yanvar 2015
88 Sosial
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, indiyə qədər meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini "Meliorasiya və Su Təsərrüfatı" ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirib.
 
Dəyişikliyə əsasən, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bu sahədə səlahiyyəti ləğv edilib.
 
Bundan sonra meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.
 
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR