Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bakıda yayda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlmaqda şübhəli bilinən CM-nin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az