Qeyd edək ki, 2016-cı il üçün büdcə - vergi siyasətinin gəlirlər üzrə əsas istiqamətlərində dövlət büdcəsinə hesablanmış vergilərin daxilolmalarının yığım faizinin artırılması əsas yer tutur.
Həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud ləğv edilməsi, mövcud qanunvericiliyə dəyişikliklər edilməklə sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatın bəzi sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödənilməsi
qaydaları üzrə seçim hüququnun verilməsi də bu istiqamətlərdə yer alıb.
Həqiqət İSABALAYEVA