Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsveçrənin ölkəmizdəki səfiri Paskal Abişer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
P.Abişer diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.