Bakı, 19 sentyabr, Elşad Qəzvini, AZƏRTAC
Almaniyanın Bavariya Federal torpağının inzibati şəhəri Münxendə ənənəvi “Oktoberfest” pivə bayramına start verilib.
AZƏRTAC “DPA” informasiya agentliyinə istinadən xəbər verir ki, 205 illik tarixə malik festivalın açılışını ilk pivə çəlləyini açmaqla Münxenin meri (bürgermeister) Diter Rayter edib. Bayramın ilk pivəsini isə əyalətin baş naziri Horst Zeehofer dadıb.
Sentyabrın 19-dan oktyabrın 4-dək davam edəcək festivala 6 milyondan çox iştirakçının qatılacağı gözlənilir. Ötən il almanların bu böyük bayramında 6,3 milyon nəfər iştirak edib və qonaqlar tərəfindən 6,5 milyon litr pivə içilib.
