Mədət Quliyev yeni işçiləri təbrik etdi (FOTO)

Mədət Quliyev yeni işçiləri təbrik etdi (FOTO)
21:36 27 Dekabr 2014
657 Sosial
Ölkə mətbuatı
A- A+

20 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

ANS PRESS-in Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, 27.12.2014-cü il tarixdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib.

Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edərək, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyində olublar. Muzeyin Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin fəaliyyətinə aid eksponatlarla tanış olublar.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR