Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Yanvar
20:14 29 Yanvar 2015
684 Sosial
Ölkə mətbuatı
A- A+

 
GÜNÜN ŞƏRHİ

Ermənistanda Ordu Günü qeyd olunur, həm də sözün əsl mənasında. Ermənilər Ordu Gününü pis qeyd etməyiblər, məsələn, bir erməni əsgəri Vikipediyada Ermənistan Ordusunun Qafqazın ən yüksək döyüş qabiliyyətli ordusu olması xəbərini oxuduqdan sonra vəcdə gəlib və sevincdən özünü asıb. Paytaxt erməniləri Ordu Gününü İrəvanda aksiyalarla qeyd etməyə üstünlük verib, küçəyə çıxmışkən bir hökumət binasının qarşısına gedək, ora getmişkən vergiləri artıran hökumətin ünvanına bir-iki kəlmə yağlı sağlıq səsləndirək deyiblər. Gümrü ermənilərinin buna paxıllığı tutub, etməyib tənbəllik, yola düzülüblər, pay-piyada üz alıblar İrəvana tərəf. Düşünüblər ki, paytaxt sakinləri üzə düşər, ürəklərini tam boşaltmazlar. Onların vergi, bizim isə Permyakov dərdimiz var, bayram başlamışkən bir-iki sağlıq da biz deyək. Ermənistanın Ordu Gününə ən təntənəli təbrik isə bizdən gəlib. Qonşuda bayramdırsa, təbrik etmək adətdəndir, biz də adətlərə bağlı millətik. Elə bu səbəbdən biz də Ermənistanı Ordu Günü münasibətilə təntənəli şəkildə təbrik etdik. Təmas xəttində iki erməni hərbçisini yaralamaqdan, pilotsuz uçuş aparatını vurmaqdan gözəl nə təbrik ola bilər? Bu təbriklərimiz yəqin ki ermənilərin Ordu Gününü bir az rəngarəng edə bilib. Bilibsə, Anadolu türkləri demişkən, nə mutlu bizə. Düşmənə bu cür sivil münasibət bəsləyən Azərbaycan əsgərinə eşq olsun!

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR