Rusiyalı milyarder Andrey Melniçenkonun sifarişi ilə hazırlanan "Sailing Yacht A" yelkənli yaxtasının inşası başa çatıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyanın ən böyük yelkənli yaxtası Almaniyanın şimalındakı Kil sahillərində sınaqdan çıxarılır.
Almaniyadakı "Nobiskrug" tərsanəsində tikilmiş yelkənli yaxtanın dəyəri 404 milyon dollardır. Yaxtanın uzunluğu 142 metrdir, bu da indiki rekordçular "Eos"dan (99,3 metr) və "Maltese Falcon"dan (88 metr) çoxdur.
Yaxtanın hündürlüyü 92 metrdir.
8 göyərtəsi olan yelkənli meqayaxta 20 qonaq və 54 heyət üzvü üçün hesablanıb.
Yaxtada yelkənlərlə yanaşı, hibrid dizel-elektrik mühərriki var ki, bunun sayəsində də yaxta 24 mil/saatlıq maksimal sürətə malikdir. Yaxtanın kreyser sürəti 18 mil/saatdır.
Yaxtanın dibindəki xüsusi şüşə dəlik vasitəsilə dəniz və okeanın ənginliklərinə baxmaq olar.
Yaxtanın layihə müəllifləri fransız dizaynerlər Filipp Stark və Martin Frensisdir.
Martin Frensis milyarder A.Melniçenkonun "A" superyaxtasının layihə müəllifidir.
A.Melniçenko Rusiyadakı SUEK daş kömür istehsalçısı və "EvroXim" kimya korporasiyasının sahibidir. Onun 10,8 milyard dollarlıq sərvəti var.
Milli.Az

























