[ 22 Sentyabr 2015 10:32 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağayev dünyasını dəyişib.

"APA-Economics"in xəbərinə görə, Q. Ağayev dünən vəfat edib.

Q. Ağayevin 75 yaşı olub.

AMB-nin ilk rəhbəri 13 iyul 1941-ci ildə Bakıda anadan olub.

1992-ci ildən AMB-nin sədri vəzifəsini tutub.

Q. Ağayevin dəfn mərasimi sentyabrın 22-də, saat 14:00-da, Süleyman Vəzirov küçəsi, 11 ünvanında baş tutacaq.

Allah rəhmət eləsin!