Ağcabədi, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın rayonunun Qarqışlaq kəndindən olan İman Hüseynovun ailəsi dekorativ-tətbiqi sənətin müxtəlif növləri ilə məşğuldur. İyirmi üç ildir ki, məcburi köçkün kimi Ağcabədi şəhərindəki bitki mühafizəsi laboratoriyasının binasında məskunlaşan ailə üzləşdikləri çətinliklərə baxmayaraq, qədim xalq sənətinin ağac üzərində oyma, toxuma və bədii tikmə növlərini sevə-sevə yaşadır.
İman Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, indiyədək yüzədək ağac parçasına ikinci həyat verib. Əsasən qoz və qarağac ağaclarından istifadə edir. Ağac üzərində oyma üsulu ilə hazırladığı əl işlərindən olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl”, “Xosrov və Şirin”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemalarından səhnələr, ulu öndər Heydər Əliyevin və tarixi qəhrəmanların obrazları, Qız qalası, qartal, məscid, cəhrə, müxtəlif kompozisiyalar görənlərin böyük marağına səbəb olur. Əsərləri Beynəlxalq Xilasetmə Komitəsinin 1996-cı ildə Bakı şəhərində təşkil etdiyi sərgidə, həmçinin rayonda keçirilən tədbirlərdə nümayiş etdirilib.
İ.Hüseynovun həyat yoldaşı Hicran Nurəhmədova isə toxuma və bədii tikmə sənəti ilə məşğuldur. Uşaq yaşlarından bədii sənətə bağlanan Hicran xanım tikmə üçün ipək və yun saplardan, zərli iplərdən istifadə edir. Əl işləri içərisində şal və digər geyim əşyaları, döşək üzləri, gül-çiçək, parça üzərində rəngli saplarla müxtəlif tikmələr üstünlük təşkil edir.
Ailənin digər üzvü - 10-cu sinif şagirdi Gülər Hüseynova da bu sənətə bağlıdır. O, rəssamlığa və rəngli muncuqlardan bəzək əşyaları düzəltməyə maraq göstərir.
Əsrlərdən keçib gəlmiş xalq tətbiqi sənətini sevə-sevə yaşadan bu ailənin bir niskili var – Vətən həsrəti. Ən böyük arzuları sevimli sənətlərini doğma yurdları olan Laçında davam etdirməkdir.
Əsrlərdən keçib gəlmiş xalq tətbiqi sənətini sevə-sevə yaşadan ailə