Bakı, 22 sentyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş dirijor Fuad İbrahimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestrinin Fransanın Mulhouse şəhərində "Silk and Fire" adlı festival çərçivəsində konserti keçirilib.
Baki Musiqi Akademiyasindan AZƏRTAC-a bildirilib ki, konsertdə orkestrin ifasında Azərbaycan və qərb bəstəkarlarının əsərləri səsləndirlib.
Azərbaycan musiqi kollektivinin ifası böyük rəğbətlə qarşılanmış, orkestr tamaşaçıları tərəfindən dəfələrlə yenidən səhnəyə dəvət edilib.
