Bakı, 22 sentyabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu müdafiəçi Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, anlaşmaya əsasən braziliyalı futbolçu ilin sonunadək komandamızın şərəfini qoruyacaq. Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək ölkəsində “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.