Bakı, 23 sentyabr, AZƏRTAC
“Şəki” elektrik stansiyasında bu ilin 8 ayında yüksək texniki-iqtisadi göstəricilər qeydə alınıb.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu ilin ötən ayları ərzində müəssisədə 184 milyon 444 min kilovat-saat (kV) elektrik enerjisi istehsal edilib. Avqust ayında isə bu göstərici 21 milyon 691 min kVt-saat təşkil edib.
Enerji istehsalı ilə yanaşı stansiyada avadanlığın keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir.
Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun davam etdirilir.