Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın hər bir bölgəsi kimi, Ağstafa rayonunda da regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq-quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə, sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan verib.
Birinci və ikinci dövlət proqramlarının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafında ciddi uğurların əldə edilməsinin əsas bazasının formalaşması başa çatdırılıb. 2014-cü il yeni Dövlət Proqramının icrasının ilk ili olaraq əvvəlki illərdə qazanılmış nailiyyətləri daha da artırdı. Dövlət Proqramlarının icra edildiyi 2004-2014-cü illər ərzində Ağstafa rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi 4,7 dəfə, sənaye məhsullarının həcmi 6 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə, tikinti işlərinin həcmi 28,5 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 24 dəfə, nəqliyyat xidməti 2,3 dəfə, rabitə xidməti 3 dəfə, ticarət 5 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,9 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,2 dəfə, orta aylıq nominal əmək haqqı 4,9 dəfə artıb. 2004-2014-cü illər ərzində Ağstafa rayonu əhalisinin gəlirləri 4,8 dəfə, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4,3 dəfə, bir nəfərə düşən gəlir 4,4 dəfə artıb. Rayonda sahibkarlığın inkişafına və yeni özəl qurumların yaranmasına göstərilən qayğı və diqqətin nəticəsində ötən 11 il ərzində yeni açılan iş yerlərinin sayı 10489 olub ki, bunun da 60,3 faizini daimi iş yerləri təşkil edir.
Rayon üzrə orta aylıq nominal əməkhaqqı 6,8 faiz artaraq 242 manat təşkil edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində son illərdə Ağstafa rayonunda 12 yeni məktəb, 3 tibb ocağı, 3 yeni uşaq bagçası və körpələr evi, şəhid ailələri və Qarabağ əlilləri üçün 84 mənzildən ibarət 4 yaşayış binası və 5 fərdi ev, qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət 4 yaşayış binası və bir fərdi ev tikilib istifadəyə verilib.
Dövlət proqramlarının həyata keçirildiyi illərdə Ağstafa rayonunda mövcud park və istirahət yerlərinin yenidən qurulması, yenilərinin salınması sahəsində də ardıcıl iş aparılıb. 2011-2012-ci illərdə şəhərin Heydər Əliyev və Səməd Vurğun parkları əsaslı şəklidə yenidən qurulub, Gənclər Mərkəzi, Yay kinoteatrı, Yazıçılar evi və kafelər tikilib. Azərbaycanda ilk olaraq Ağstafa şəhərində Tarixi və Müasir Abidələr Parkı, Atıcılıq və Paintboll Mərkəzi inşa edilib.
Qeyd edilən layihələrin həyata keçirilməsi rayonun sosial- iqtisadi inkişafı proqramına uyğun olaraq təmin edilib və Ağstafa şəhərinin simasını kökündən dəyişdirib.
Birinci və ikinci dövlət proqramlarında, eləcə də Ağstafa rayonunun sosial-iqtisadi ınkişafı proqramında diqqət yetiriən sahələrdən biri də dövlət idarəçiliyini həyata keçirən təşkilatlara inzibati binaların tikilməsi məsələsdir. Rayonda poçt rabitəsinin yaxşılaşdırılması üçün mərkəzi poçtun inzibati binası və yerlərdə 12 yeni poçt binası inşa edilib. “Akkord” tikiş fabriki, “Ağstafasüd” MMC və “Ağstafa Aqroservis” MMC kimi yeni müəssisələrin tikintisi və istifadəyə verilməsi də rayonun sənaye və aqrosənaye kompleksinin inkişafına təkan verib.
Son illər həyata keçirilən infrastruktur layihələri Ağstafanı gözəl məkanlardan birinə çevirib