İsrail supermodeli sayılan Bar Refaelinin toyunun keçirildiyi yerdə hava məkanının qapadılması xahişi ölkənin nəqliyyat nazirliyi ilə mülki aviasiya idarəsi (CAA) arasında qalmaqala səbəb olub.
Qafqazinfo BBC-yə istinadən xəbər verir ki, CAA İsrailin şimalında, toyun keçirildiyi hotelin üzərində hava məkanını bağlamağa razılıq verib.
Lakin nəqliyyat naziri Yisrael Katz qərarın dəyişməyəcəyi təqdirdə CAA rəhbərinin işdən çıxarılacağı ilə bağlı hədələyib.
Nəticədə, cümə axşamı keçirilmiş toy zamanı hava bütün təyyarələr üçün açıq qalıb. Bu barədə İsrail mətbuatı xəbər verir.
İsrailin ən tanınmış modeli olan 30 yaşlı Refaeli israilli milyarder Adi Ezra ilə Hayfa yaxınlığındakı "Carmel Forest" hotelində evlənib.
.jpg)
İsrail mətbuatının yaydığı məlumata görə cütlük toy günü havada beş dron, iki helikopter və müşahidə şarının hərəkətini planlaşdırıb. Onlardan bəziləri yuxarıdan şəkillər çəkmək üçün nəzərdə tutulub.
CAA əvvəlcə təhlükəsizliyin təmin olunması məqsədilə cütlüyün hava məkanının digər uçuşlar üçün qapadılması istəyinə əməl etməyə razılaşıb.
Lakin cənab Katz bazar günü qərarı ləğv edərək deyib:
"Hava məkanı bütün İsrail vətəndaşlarına məxsusdur və biz toy sahiblərinə xüsusi rəftar göstərə bilmərik".
İsrail pilotları da qərara qarşı çıxıblar.
Milli.Az