Göyçay, 26 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay özünün sürətli inkişafı ilə indi ölkənin ən gözəl şəhərləri sırasında yer alır. Ötən yeddi ayda rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri son 5 ildə görülən işlərdən daha çoxdur.
AZƏRTAC xəbər verir ki, bu gün gözəlliyi ilə diqqət mərkəzində olan Göyçayda böyük canlanma var. Göyçay şəhəri ilk baxışda böyük tikinti meydançasını xatırladır. Bu yerin havası təmiz və suyu saf olduğu qədər də insanları da səmimi, mehriban, işgüzar, qayğıkeş və qədirbiləndir.
Son vaxtlar Göyçay rayonu özünün intibah dövrünü yaşayır. Dadlı narı və yaşıl çinarları ilə məşhur olan Göyçay müasir dövrün tələblərinə uyğun olaraq yüksək zövqlə abadlaşdırılır, genişmiqyaslı təmir-tikinti, quruculuq işləri aparılır.
Tikinti işləri ilə yerindəcə tanış olmaq üçün həmin ərazilərə üz tutduq. Öyrəndik ki, yerli sakinlərin istirahət üçün ən sevimli məkanlarından biri olan Heydər Əliyev parkının ərazisi bir hektar sahədə genişləndirilib. Parkda əhali üçün rahat şərait yaradılır. Park rayon sakinləri ilə yanaşı, qonaqların da sevimli istirahət yerinə çevrilir. Heydər Əliyev parkının ərazisinin genişləndirilməsi və müasir üslubda yeni istirahət guşəsinin yaradılması işləri başa çatmaq üzrədir. Ətraf ərazidəki yöndəmsiz, primitiv obyektlər sökülüb. Böyük bir həvəslə qurulan park yeni görkəm alaraq şəhərin gözəlliyində xüsusi göz oxşayan naxışa çevrilib. Parkda yeni qurulan işıqlandırma sistemi gecələr bu yerlərə xüsusi görkəm verir. Yeni inşa edilən fəvvarələr isti havada ətrafa sərinlik yayır. Burada çoxlu sayda yaraşıqlı oturacaqlar qoyulub. Yaşıllıqlar boyu uzanan səkilərə gözəl daşlar düzülüb, ətrafa bəzək ağacları və gül-çiçək əkilib. Diqqəti daha çox cəlb edən cəhət odur ki, hər iş yüksək zövqlə görülüb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin miqyası kifayət qədər böyükdür. Bayraq meydanının və bayraq muzeyinin, gənclər mərkəzinin inşasında işlər sürətlə davam etdirilir. Heydər Əliyev parkında və prospektində, Nizami, M.Hüseynzadə, Natavan, Ə.Kərim, R.Rza, M.Ə.Rəsulzadə küçələrində yeni işıqlandırma sistemi qurulub. Burada yaşıllıq sahəsi genişləndirilir, ətrafa yeni ağaclar, gül kolları, çiçəklər əkilir.
Hazırda Göyçay şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması, YAP rayon təşkilatı, rayon uşaq-musiqi məktəbi, kənd təsərrüfatı idarəsi, gənclər mərkəzi üçün yeni binaların inşası, şahmat məktəbi, regional peşə tədrisi mərkəzi, rayon mərkəzi xəstəxanası binalarının əsaslı təmir olunması istiqamətində işlər başa çatdırılmaq üzrədir.
Bu günlərdə 12 minə yaxın əhalisi olan Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri, “Göyçay-1” Su Elektrik Stansiyasının tikintisi işləri başa çatdırılıb. Ötən 7 ayda Göyçay şəhərində 30-a yaxın küçə yenidən asfaltlanıb, eləcə də Göyçay-Ucar rayonlararası, Cəyirli-Mallı Şıxlı-Ərəbşahverdi və Müskürlü-Qəbələ Müskürlü kəndlərarası avtomobil yollarına yeni asfalt örtüyü döşənib. Bu il rayonun 6 kəndinə təbii qaz verilib. Hazırda isə rayonun Hüngütlü, Aşağı Qaraməryəm, Xəlitli, Dövranlı, Alxasafa, Mallı Şıxlı, Çaxırlı və Qaraman kəndlərinin qazlaşdırılması istiqamətində işlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə rayonun Bığır, Mırtı, Alıkənd, Türkmən və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işləri də həyata keçirilir.
Şəhərin küçələrindəki işıqlandırma dirəkləri yeniləri ilə əvəz edilib, yol kənarlarında müasir üslubda yeni hasarlar tikilib, bardürlar, piyada səkiləri yenilənib, ağaclarda budama və rəngləmə işləri görülüb, su arxları lil və çöküntülərdən təmizlənib, ətrafda səliqə-sahman yaradılıb. Həmçinin şəhərin müxtəlif yerlərində kiçik yaşıllıq zolaqları salınıb, fantanlar və işıqlandırma sistemi quraşdırılıb. Yaradılan şəraitdən əsas məqsəd, ilk növbədə, insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Bundan əlavə, ayda bir neçə dəfə axşam saatlarında rayon sakinlərinin istirahətini mənalı təşkil etmək üçün Heydər Əliyev parkında yerli musiqiçilərin iştirakı ilə konsert təşkil edilir. Sabir bağında isə “Kosmos” uşaq-əyləncə mərkəzi istifadəyə verilib. Məktəblilərin və uşaqların istirahəti və əylənməsi üçün yeni açılan mərkəzə böyük maraq var. Valideynlər öz övladlarını, baba və nənələr isə nəvələrini həmin əyləncə parkına gətirməklə onlara böyük sevinc bəxş edirlər.
Həmçinin Göyçay noyabrın 7-də ənənəvi olaraq X Nar bayramını keçirməyə hazırlaşır, bu istiqamətdə də müvafiq tədbirlər görülür.
Hazırda Göyçay şəhərinin gündüzü kimi gecələri də əsrarəngizdir. Beşmərtəbəli yaşayış binalarının fasadındakı və həmişəyaşıl ağacların ətrafındakı rəngarəng işıq effektləri, parklarda və küçələrdə quraşdırılan müasir gecə işıqlandırma sistemi şəhərə xüsusi gözəllik verir.
Göyçayda genişmiqyaslı təmir-tikinti, quruculuq işləri aparılır