Bərdə, 26 sentyabr, AZƏRTAC
Bərdəli gənclər müqəddəs Qurban bayramını rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə birgə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov əsgər və zabitləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Xidmətdə fərqlənən hərbi qulluqçulara gənclər və idman idarəsi tərəfindən qiymətli hədiyyələr verilib. Tədbir yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.