Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, futbolçu Jerar Pike ilə vətəndaş nikahında yaşayan ifaçının oğlu dünyaya gəlib. Şakira Barselonadakı “Quiron Tecknon” xəstəxanasında körpəsini qeysəriyyə yolu ilə dünyaya gətirib. Uşağa Andreya və Saşa adlarından birinin qoyulacağı deyilir.
Qeyd edək ki, Şakira ilə Pikenin Milan adlı iki yaşlı oğlu da var.