Gəncədə əlil gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib

Gəncədə əlil gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib
02:48 29 Sentyabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 29 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin təşəbbüsü ilə əlil gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Gəncədəki AURA park kompleksində təşkil edilən sərgidə Gəncə ilə yanaşı Goranboy və Samux rayonlarından olan gəclərin də əl işləri nümayiş olunub.
Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə AZƏRTAC-a deyib ki, əlilliyi olan gənclərin cəmiyyətdə bərabər hüquq və imkanlara malik olduqlarını bir daha nümayiş etdirmək məqsədilə təşkil olunmuş sərgidə 200-dək əl işi nümayiş etdirilib. Sərgi zamanı iştirakçılar onların zövqlərinə uyğun hazırlanmış əl işlərini alaraq, əlil gənclərə maddi dəstək olublar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_elil_genclerin_el_islerinden_ibaret_satis_sergi_teskil_edilib-888037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR