Qubada avtomobillə vurulan 79 yaşlı qadın ölüb - FOTO - VİDEO

Qubada avtomobillə vurulan 79 yaşlı qadın ölüb - FOTO - VİDEO
13:22 29 Sentyabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+



Bakı. Vəli Turan-APA. Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Qonaqkənd yolunun II Nügədi kəndi ərazisində rayon sakini, 24 yaşlı Nəsib Qubatov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Mirzəliyeva Sərfinaz Şirinbəy qızını vurub. Ağır bədən xəsarətləri alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR