Gəncə Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Gəncə Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
14:28 29 Sentyabr 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 29 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Kukla Teatrı gələn ayın sonlarında balaca tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirəcək. Kollektiv İtaliya yazıçısı Karlo Kollodinin “Pinokyonun sərgüzəştləri” adlı tamaşasının məşqlərinə başlayıb. Qırx beş dəqiqəlik səhnə əsərində 7 aktyor rol alıb. Rolları Əməkdar Artist Nağəddin Məmmədov, aktyorlar Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov, Mahirə Haqverdiyeva və başqaları ifa edirlər.
Tamaşanın rejissoru Xudayət Əsgərov AZƏRTAC-a deyib ki, əsər bir uşağın başına gələn hadisələrdən bəhs edir və uzun sürən əzab-əziyyətdən sonra nəhayət o, öz istəyinə çatır. Taxtadan hazırlanan Pinokyo insana çevrilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_Dovlet_Kukla_Teatrinda_yeni_tamasanin_mesqlerine_baslanilib-888143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR