Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına yekun vurulub

15:52 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 15:48 ]


Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən festivalın son konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında K.M.Veberin və L.V.Bethovenin əsərləri səslənib. Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluq etdiyi konsertin solisti rusiyalı pianoçu Andrey Şibko olub.

 

Ü. Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan musiqiçilər və kollektivlər iştirak ediblər. 

 

Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR