Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qurumun monitorinq komitəsinin sədr müavini seçilib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qurumun monitorinq komitəsinin sədr müavini seçilib
16:23 29 Sentyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun monitorinq komitəsinin sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə komitənin sədr müavini seçilib.
Səməd Seyidov bununla bağlı mətbuata açıqlamasında deyib: “Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir Monitorinq Komitəsində fəaliyyət göstərirəm. Fikrimcə, bu, Azərbaycana olan etimadın göstəricisidir, xüsusilə də monitorinq komitəsinin, çünki Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ASPA_daki_numayende_heyetinin_rehberi_qurumun_monitorinq_komitesinin_sedr_muavini_sechilib-888188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR