Cavid Qurbanov: "Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşınmasına heç bir halda icazə verilməyəcək"

Cavid Qurbanov: "Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşınmasına heç bir halda icazə verilməyəcək"
18:17 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 18:11 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün İsveçrənin paytaxtı Berndə Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (KOTİF) 12-ci Baş Assambleyası keçirilib.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, keçirilən iclasda “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov da iştirak edib.

 

C. Qurbanov "Azərbaycan Dəmir Yolları"nda həyata keçirilən islahatlar haqqında məlumat verib. Azərbaycan Respublikası 14 aprel 2015-ci ildə KOTİF-in konvensiyasına qoşulub və bu qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub.

 

Qurum rəhbəri Azərbaycanın ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcəyini xüsusi ilə vurğulayıb.

 

Cəmiyyət sədri həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. C. Qurbanov dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR