Rusiya da öz hava məkanını Ukrayna aviaşirkətlərinin üzünə bağlayır

Rusiya da öz hava məkanını Ukrayna aviaşirkətlərinin üzünə bağlayır
19:13 29 Sentyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Rusiyanın Nəqliyyat Nazirliyi Federal Hava Nəqliyyatı Agentliyinə Ukrayna aviasiya kompaniyalarına oktyabrın 25-dən etibarən ölkənin hava məkanından istifadənin qadağan olunması barədə xəbərdarlıq göndərməsini tapşırıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qurum bu addımın müəyyən edilmiş hava əlaqəsi normalarını birtərəfli olaraq pozan Ukraynanın öz hava məkanını Rusiyaya aid təyyarələr üçün bağlamaq qərarına adekvat cavab olduğunu bildirib.
Xatırladaq ki, Kiyevin sanksiya siyahısına "Aeroflot" və 20-yə yaxın digər aviaşirkət daxildir. Ukrayna Prezidentinin saytında dərc olunan sənəddə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına və dövlət başçısının göstərişinə əsasən Rusiya aviaşirkətlərinə Ukrayna ərazisində tranzit, yük daşınması və uçuşların tam və ya qismən qadağan ediləcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_da_oz_hava_mekanini_Ukrayna_aviasirketlerinin_uzune_baglayir-888270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR