Gənclərin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə tanışlıq turu təşkil edilib

Gənclərin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə tanışlıq turu təşkil edilib
20:53 29 Sentyabr 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının gənclər üçün keçirdiyi növbəti məlumat turu son illər uğurlu layihələrdən biri olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) təşkil edilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, məlumat turunda ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Gənclərə NİİM-in yaranma tarixi, Bakıda nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar haqqında məlumat verilib. Tur zamanı iştirakçılar Bakıda nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər.
Sonra gənclər müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi haqqında ətraflı məlumat alıblar. Gənclər elektron-kart ödəmə sisteminin tətbiqi sahəsindəki gələcək planlarla, həmçinin fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə edilməsi prossesi ilə tanış olublar.
ARGTMŞ gənclər təşkilatları arasında ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. ARGTMŞ-ın təşkilatçılığı ilə bu günədək Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Quba Soyqırımı Memorial Kompleksi, “Sağlam Ailə” klinikası, ADA Universiteti, Azərbaycan Xalça Muzeyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Milli Məclis və 5 nömrəli Bakı “ASAN xidmət” mərkəzinə məlumat turları təşkil edilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerin_Neqliyyatin_Intellektual_Idareetme_Merkezine_tanisliq_turu_teskil_edilib-888337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR