Azərbaycanda ağac can aldı (VİDEO)

Azərbaycanda ağac can aldı (VİDEO)
23:31 29 Sentyabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə aşması nəticəsində bir nəfər dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, Xaçmazda güclü külək insan təlafatına səbəb olub.

Rayonun Əhmədoba kəndində, kənd sakini 53 yaşlı Rasim Qasımov idarə etdiyi “Mockviç” markalı avtomobillə hərəkətdə olarkən qəfildən avtomobilin üzərinə nəhəng palıd ağacı aşıb.

Nəticədə avtomobildə olan sərnişin Aslan Mahmudov hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə yaralanıb.

Ağacın deformasiyaya uğratdıqı avtomobildən sərnişin Aslan Mahmudovun meyitini FHN-nin Xaçmaz regional mərkəzinin xilasediciləri çıxarıb.

Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırmalara başlanılıb.

Xatırladaq ki, Xaçmazda artıq ikinci gündür ki, güclü külək müşahidə olunur, artıq bu gün təbbi fəlakət insan canı aldı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=361555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR