Zaqatalada mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Zaqatalada mal-qaranın cins tərkibi yaxşılaşdırılır
01:23 30 Sentyabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin 9 ayı ərzində Zaqatala rayonunun şəxsi və fermer təsərrüfatlarında 4044 baş inək və düyə süni yolla mayalandırılıb və 3168 baş cins buzov alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə süni mayalandırma yolu ilə alınan buzovların sayı 34 baş artıb.
Bu barədə AZƏRTAC-a Zaqatala rayonundakı Baytarlıq Diaqnostika Kabinetinin direktoru və Süni Mayalandırma Mərkəzinin müdiri Hüşən Ramazanov məlumat verib.
O, bildirib ki, son illər respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da maldarlığın daha da inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi, mövcud malın cins tərkibinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər ilk növbədə ət və süd məhsullarının artırılmasına, son nəticədə əhalinin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına xidmət edir.
H. Ramazanovun sözlərinə görə, hazırda rayonun kəndlərində 13 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr rayonun bütün ərazisini əhatə edir. Məntəqələrdə çalışan süni mayalandırma texniklərinin iş şəraitini yaxşılaşdırmaq məqsədilə bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onların hər birinə yedəkli motosikletlər də verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_mal_qaranin_cins_terkibi_yaxsilasdirilir-888364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR