ANS PRESS-in məlumatına görə bunu "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasınıda sabah baş tutacaq matçdan öncə keçirilən mətbuat konfransında deyib.
Qurbanov ənənəvi olaraq, ehtiyatlı danışıb. Futbol mütəxəssisi klubun yarımmüdafiəçisi Çumbinyonun sabah meydana çıxmayacağını bildirib. O bunu futbolçunun təcrübəsinin az olması ilə izah edib.

"Qarabağ" klubunun yarımmüdafiəçisi Çumbinyov
Klubun psixoloju durumu barədə suala isə Qurban Qurbanov bu cür cavab verib: "Psixoloq barədə mənə çox sual verilib. Mənim komandama psixoloq lazım deyil. Çünki özüm futbolçularla tez-tez söhbət edirəm. Bu, tam başqa sahədi. Həm futbolçular mənə inanır, həm də mən onlara. Biz “Tottenhem”ə 1 qol vurandan sonra üçünü buraxdıqsa, “Mançester Siti” qol vurduqdan sonra 4-nü buraxdı. Burda psixoloji problemdən söhbət gedə bilməz. Normaldı ki, hər qol vuran komandanı rəqib məcbur edir ki, müdafiəyə çəkilsin. Sabah heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram."

Qurban Qurbanov mətbuat konfransında ( soldan 2-ci)
Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu səfərdə İngiltərənin "Tottenhem" klubuna qarşı keçirib. "Uayt Hart Leyn" stadionunda keçirilən oyunda "Qarabağ" 3:1 hesabı ilə məğlub olub. "Köhlən atlar" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "J" qrupunda yer alıb və hal-hazırda 4-cü yerdə qərarlaşıb.
UEFA Avropa Liqasınıda ölkəmizi təmsil edən iki klubdan biri "Qarabağ" klubu sabah Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın "Anderlext" klubu ilə qarşılaşacaq. Matçın start fiti saat 22:00-da səslənəcək.

"J" qrupunun statistikası