Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Tələbələr Birliyi (ATB) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təhlükəsiz yol - təhlükəsiz həyat” layihəsinin icrasına başlayıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, Hacıqabul və Kürdəmir rayonlarında həyata keçiriləcək layihənin əsas məqsədi gənclərin yol hərəkəti qaydaları barədə məlumatlandırılmasıdır. Layihə çərçivəsində forum, seminar, digər kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlərə qatılacaq gənclər yol təhlükəsizliyi, yol-nəqliyyat qəzalarının qarşısının alınması ilə bağlı “informasiya elçiləri” qismində çıxış edəcəklər. Belə ki, həmin gənclər yaşadıqları bölgələrdə maarifləndirmə işinin aparılmasını təmin edəcəklər.