Uçuşların bir çoxu (10 uçuş) gecə vaxtı həyata keçirilib və bunun nəticəsində terrorçuların 7 obyekti məhv edilib.
Rusiya hava qüvvələri qrupuna Su-34, Su-24m və Su-25 təyyarələri daxildir.
Birbaşa zərbələr nəticəsində Dar-Taazza rayonunda (Hələb əyaləti) İŞİD silahlı qruplaşmasının komanda məntəqəsi və rabitə mərkəzi məhv edilib.
"Su-25 təyyarələri terrorçuların İdlib əyalətindəki Maaret əl-Nuuman rayonunda yerləşən yaraqlıların səhra düşərgəsinə zərbələr endirib. Zərbələr nəticəsində, burada yerləşən bunkerlər, silah və yanacaq anbarları məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.