Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 10-da İtaliyanı qəbul edəcək. Artıq oyun ərəfəsində keçiriləcək mətbuat konfransı və məşqlərin vaxtı müəyyənləşib:
Azərbaycan milli komandası
9 oktyabr
Saat 18:45. Mətbuat konfransı
Saat 19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
İtaliya milli komandası
9 oktyabr
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Saat 21:30. Mətbuat konfransı
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.