"Report" xəbər verir ki, bunu Suriya baş nazirinin müavini və xarici işlər naziri Valid Muallim bəyan edib.
"Rusiya ciddi şəkildə BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib, o Suriyaya ölkə hakimiyyətinin xahişi ilə gəlib", - deyə XİN rəhbəri qeyd edib.
Nazirin sözlərinə görə, "bu addım Suriyanın müstəqilliyini pozmur, Rusiya Suriyanın suverenliyi çərçivəsində hərəkət edir".
"Rusiya aviasiyasının zərbələri Təhlükəsizlik Şurasının terror təşkilatı hesab etdiyi "İraq-Şam İslam Dövləti" (İŞİD), "Cəbhat ən-Nüsra" və "Əhrar əş-Şam" qruplaşmalarına qarşı yönəlib", - deyə o bildirib.
Muallim iddia edir ki, "bu gün Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyatlarına Suriyada münaqişənin qızışdırılmasının arxasında duran ölkələr etiraz edirlər. Bunlar ABŞ, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdir".